Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Suriyada etiraz aksiyaları davam edir


Suriya rəsmiləri liman şəhəri olan Latakiada keçirilmiş etiraz nümayişi zamanı 2 nəfərin öldürüldüyünü deyirlər.

Rəsmilərin sözlərinə görə, onlar snayper gülləsindən ölüblər.

Hüquq müdafiəşiləri isə deyirlər ki, aksiyaçılar hakim Bəəs partiyasının şəhərdəki qərərgahını yandırarkən təhlükəsizlik qüvvələri onlara atəş açıb.

Ötən cümə günü Deraa və ölkənin digər şəhərlərində keçirilmiş etiraz aksiyaları zamanı baş vermiş toqquşmalarda 20-dən çox adamın öldürüldüyü bildirilir.

Suriya hakimiyyəti bunun ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin işi olduğunu deyir.
Hakimiyyət vəd etdiyi islahatlar çərçivəsində şənbə günü 260 siyasi məhbusu azad edib.

Suriyada etiraz dalğası bütün ölkəyə yayılıb.

Ölkədəki mövcud rejimə qarşı çıxan aksiyaçılar köklü islahatlar aparılmasını tələb edirlər.

40 ildir ki, Suriyanı əsədlər ailəsi idarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG