Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Fukusimo-Dayiçi stansiyasının əməkdaşları evakuasiya olunub


Yaponiyada qəzalı vəziyyətdə olan Fukusimo-Dayiçi adam elektrik stansiyasının 2-ci reaktorundakı suda radiasiyanın səviyyəsi normadan 10 milyon dəfə çoxdur.

Bu barədə Yaponiyanın Kyodo agentliyi xəbər verir.

Stansiyanın əməkdaşları evakuasiya olunub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukio Amano New York Times qəzetinə müsahibəsində bildirib ki, böhran hələ bir neçə həftə davam edə bilər.

Bu günlərdə Yaponiyada baş vermiş güclü zəlzələdən sonra stansiyada qəza baş verib və ətrafa radiaktiv tullantılar yayılıb.

Ətraf rayonlarda ərzaq və tərəvəz məhsullarında radiaktiv maaddələr aşkar edilib.

Stansiyanın 20 kilometrliyində yerləşən rayonlardan sakinlər evakuasiya olunub.
XS
SM
MD
LG