Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:10

Almaniyanın müdafiə naziri Əfqanıstana gedib


Almaniya Əfqanıstanda yerli təhlükəsizlik qüvvələrinin hazırlanmasında yaxından iştirak etmək fikrindədir.

Bunu şənbə günü Almaniyanın müdafiə naziri Tomas de Maiziere Əfqanıstana səfəri zamanı deyib.

O Kabildə prezident Həmid Kərzai və müdafiə naziri Abdulla Rəhim Vardakla görüşüb.

Tomas de Maiziere Əfqanıstandakı NATO qüvvələrinin komandanlığı ilə də görüşməlidir.

Hazırda Əfqanıstanda 5 min Almaniya əsgəri var.
XS
SM
MD
LG