Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

Klassik Xalq Cəbhəsi Partiyası Ağsuda konfrans keçirə bilmir


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) təxminən 10 gündür rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb, konfrans keçirmək üçün yer ala bilmir.

Bu barədə AzadlıqRadiosuna partiyanın Ağsu rayon təşkilatının sədri Yaqub Babalı məlumat verib:

«İndiyə qədər 7 konfrans keçirmişik, hamısında da icra başçıları Mədəniyyət Evində yer ayırıb, qanuni qeydiyyatdan keçən təşkilat kimi siyasi iclasımızı, konfransımızı keçirmişik. İndi müraciətlərimizə baxmayaraq, yer vermirlər. Biz konfransı martın 27-də keçirmək istəyirdik. Sonuncu bəhanələri budur ki, iş günü deyil. Guya iş günü olmayanda, Mədəniyyət Evinə nə olur? Mədəniyyət Evində hər gün iş günü olmur ki, tədbir olanda işləyir».

Ağsu rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirqubad Orucov isə bildirib ki, KXCP-nin müraciətinə bazar ertəsi baxılacaq:

«Bayram günü, bazar günüdür, bütün idarə, təşkilatlar bağlıdır, heç kimə bir şey demək olmaz. Şəhər icra nümayəndəsi nə eləsin? Kimsə gəlsin, bir hadisə törənsin, o yazıq nə etsin?».

Günün bütün mövzuları

XS
SM
MD
LG