Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:41

Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edir


Daxili İşlər naziri Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edir.

Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, nazir polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən bölgələrdə vətəndaşların qəbulunu keçirir. Bu qəbildən növbəti belə tədbir martın 26-da Xaçmaz şəhərində olub.

Xaçmaz, Quba, Siyəzən, Qusar, Şabran və Xızı rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

14 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG