Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:21

Təkcə ötən il Laçında 616 erməni məskunlaşdırılıb


2010-cu ildə Azərbaycanın işğal altında olan Laçın rayonu ərazisində 199 erməni ailəsi (616 nəfər) məskunlaşdırılıb.

APA-nın «Regnum» agentliyinə istinadən verdiyi məlumata görə, bu ilin ilk aylarında isə Laçında daha 50 ailə yerləşdirilib.

İlin sonunadək isə ümumilikdə Laçın rayonu ərazisində 300 ailənin məskunlaşdırılması planlaşdırılır.

"Regnum"un məlumatına görə, ərazidə məskunlaşmaq istəyənlərə güzəştli kreditlər verilir, onlar tikinti materialları, həmçinin köçmə və əmlaklarının daşınması üçün nəqliyyat vasitələri ilə təchiz olunur.

Məlumata görə, Livanda fəaliyyət göstərən «Artsax» fondu ötən dövrlər ərzində Laçında məskunlaşdırılmış erməni ailələrinin hər birinə təsərrüfat yaratmaq üçün 2700
ABŞ dolları məbləğində güzəştli kredit verib.

Hazırda Laçında işğaldan sonra köçürülmüş 9 minə yaxın erməninin yaşadığı bildirilir.
XS
SM
MD
LG