Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:34

İordaniyada hökumət tərəfdarları tələbləri daşa basıblar


Martın 25-də İordaniya paytaxtı Əmmdanda tələblərin keçirdiyi etiraz askiyasına hökumət tərəfdarları daşlarla hücum ediblər. Frans Press agentliyinin məlumatına görə 2000 nəfərlik mitinqçilərə 200 nəfərlik bir qrup hücum edib. Polis tərəfləri aralamaq üçün dəyənək və su şərnaqları istifadə edib. Kənardan qarşıdurmanı izləyən bir nəfəri də polis möhkəm döyüb və o, xəstəxanada vəfat edib.

60 nəfərin də xəsarət aldığı bildirilir.

Tələbələr hazırkı rejimdə islahaltar və korrupsiya ilə daha ciddi mübarizə tələb edirlər.

Son vaxtlar onların etiraz askiyalarına artıq ikinci dəfədir hücum olunur.
Dünən gecə də hökumət tərəfdarları tələbələrə hücum edib 30 nəfəri yaralayıblar.

Bu ayın əvvəlində hökumət kralın islahatlar təklifinə dair milli dialoq elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG