Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Suriya müxalifəti bugünə yeni etiraz askiyaları çağırıb


Suriya müxalifəti martın 25-də cümə namazından sonra bütün ölkə boyu etiraz aksiyaları keçirilməsinə çağırıb. İnternetdə Facebook şəbəkəsində “Suriya inqilabı 2011” adlanan qrup yaradan müxalifət fəalları ölkədə “ədalətsizliyə və repressiyalara” etiraz olaraq “Şərəf günü” mitinqləri keçirəcəyini bildirir. Qrupun 78 000 üzvü var.

Bu həftənin əvvəlində Suriyanın cənubunda hökumət əleyhinə mitinqlərə təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində bir neçə nəfər həlak olub.

Dünən hakim Baath partiyası 1963-cü ildən qüvvədə olan fövqəladə vəziyyət haqqında qanunun ləğv edilməsinə razılıq verib.

Rəsmilər həmçinin fəhlələrin əməkhaqlarının qaldlrıllacağını, daha çox siyasi partiyanın qeydə alınacağını, mediaya daha çox azadlıq veriləcəyini və korrupsiya ilə mübarizə aparılacağına söz veriblər.
XS
SM
MD
LG