Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:28

Yaponiyada təhlükəli reaktorda zədələr əmələ gəlib


Yaponiyada Fukushima atom elektrik stansiyasını işlədən şirkətdən bildirirlər ki, stansiyanın ən təhlükəli olan üçüncü reaktorunda ziddi zədələr meydana gəlib. Martın 11-də baş vermiş güclü zələlə və ardınca da sunamidən zədələnmiş bu stansiyanın digər reaktorları zənginləşdirilmiş uran, üçüncü reaktor isə daha təhlükəli hesab edilən plutonium maddəsi işlədir.

Yaponiya hökuməti də məlumat verib ki, sumanidən sonra reaktorların soyudulması işinə cəlb olunan və yanıq xəsarətləri almış işçilərin bədənlərində gözləndiyindən 10 000 dəfə artıq radiasiya aşkar edilib.

Yaponiyanın Nüvə və Sənaye Təhlükəsiziyi Agentliyinin rəsmisi Hidehiko Nishiyama hesab edir ki, radiasiya üçüncü reaktorun yanacaq çubuğunda zədələnməyə görə yayılır:

- Hazırda böyük ehtimalla üçüncü reaktorun yanacaq çubuğunda zədə var. Bizim fikrimizcə, radiasiya da oradan yayılır.

Martın 25-də verilən məlumata görə zəlzələ və sunamidən həlak olanların sayı da 10 000 nəfərə çatıb. 17 500 nəfər isə itkin hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG