Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:50

Tehran BMT-nin qərarını tənqid edib


Tehran BMT-nin İnsan Haqları Şurasının İrana xüsusi nümayəndə təyin olunması qərarını tənqidlə qarşılayıb.

İranın XİN-yi yeni təyinatın «siyasi məqsədli» olduğunu və ABŞ-dakı hüquq pozuntularından diqqəti yayındırmağa yönəldiyini deyib.

Nazir Ramin Mehmanparast bildirib ki, səsvermə «ABŞ-ın təzyiqi altında» keçib.

Dünən 47 üzvlük BMT-nin İnsan Haqları Şurası səs çoxluğu ilə İrana xüsusi nümayəndə təyin olunmasına qərar verib. İran bu Şuranın üzvü deyil.
XS
SM
MD
LG