Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:18

Arabul məhkəmə iddiasını geri götürmək fikrində deyil


Arabul deyir ki, «Barmek»in borcunun hamısı dövlət müəssisələrinin indiyə qədər ödəmədiyi pullardır
Arabul deyir ki, «Barmek»in borcunun hamısı dövlət müəssisələrinin indiyə qədər ödəmədiyi pullardır
«Mən Azərbaycanla bağlı beynəlxalq məhkəmə iddiasını geri götürmək fikrində deyiləm»- bunu «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabul dekabrın 7-də «Azadlıq» radiosuna verdiyi müsahibəsində deyib. O, bu iddianı yalnız ona dəyən ziyanın ödənilməsi müqabilində geri götürə biləcəyini söyləyir. «Barmek» rəhbəri iddia edir ki, o hüquqi baxımdan haqlı olsa da bəzi yüksək çinli məmurlar onun bu hüququnu tanımaq istəmirlər. 2006-cı il üçün enerji pullarının ödənilməsilə bağlı «Barmek»in «Azərenerji»yə təxminən 136 milyon yeni manat borclu olduğunu deyən cənab Arabula görə, dövlətin «Barmek»ə olan borcu isə 150 milyon manatdır. Cənab Arabul deyir ki, «Barmek»in 136 milyon manat borcun hamısı dövlət müəssisələrinin indiyə qədər ödəmədiyi pullardır. Dəfələrlə borclu müəssisələrə rəsmi müraciətlər olunsa da, onlar borclarını ödəməyiblər.

İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov bu məsələyə məhkəmədə baxılmasının vacib olduğunu bildirib. Hüseyn Arabul isə deyir ki, bir şərtlə buna razıdır ki, məsələyə yerli deyil, beynəlxalq məhkəmədə baxılsın.


Bu il iyunun 16-da Vaşinqtonda yerləşən Beynəlxalq İqtisad Məhkəməsinə müraciət etdiyini deyən cənab Arabula görə, ona olan təzyiqlər elə həmin məhkəmə iddiasının geri götürülməsilə bağlıdır. Arabul yalnız «Barmek»ə olan borcların ödənilməsindən sonra iddiasını geri götürəcəyini deyir.


2002-ci ildən Bakı, Sumqayıt və ölkənin şimal-qərb rayonlarını elektrik enerjisilə təmin edən «Barmek-Azərbaycan» şirkətinin fəaliyyəti rəsmən noyabrın 7-də dayandırılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG