Çoxsaylı qətl və adam oğurluğunda ittiham edilən Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə keçirilən prosesində 5 günlük fasilə elan edilib. Təqsirləndirilən şəxslərin bəzilərinin vəkillərinin müdafiə çıxışına hazır olmamaları ilə bağlı qaldırdıqları vəsatətdən sona hakim Əli Seyfəliyev belə qərar çıxarıb. Məhkəmə iclası dekabrın 12-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək, sonra isə hakim hökmün elan edilməsi ilə əlaqədar konkret tarix təyin edəcək.