Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Daha beş rayona verilən qaz dayandırıldı


«Azəriqaz» Qapalı Tipli Səhmdar Cəmiyyəti qaz pulu yığımındakı problemləri əsas gətirərək dekabrın 7-də daha 5 rayona-Şamaxı, İsmayıllı, Cəlilabad, Masallı və Astaraya verilən qazı dayandırıb. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu rayonlarda qaz pulu ilə bağlı yığım xeyli aşağı olduğundan belə bir addım atılıb. Bundan əvvəl qazı kəsilin Ağstafa rayonu və Gəncənin bir hissəsinə mavi yanacağın verilməsi isə bərpa edilib. Cənab Eyvazlının sözlərinə görə, əslində qaz pulu yığımı ilə bağlı əksər rayonlarda problemlər var, belə ki rayonların yarısından çoxunun ödədiyi vəsait 50 faizdən yuxarı deyil. Elə bu baxımdan da qazı dayandırılan rayonların sayı arta bilər. Kamandar Eyvazlı deyir ki, bütün bu məsələlər və problemdən çıxış yolları dekabrın 8-də «Azəriqaz»da keçiriləcək kollegiya iclasında müzakirə ediləcək. Hansı addımların atılacağı da bu iclasdan sonra məlum olacaq.


Bu ilin yayında prezident qışa hazırlıqla bağlı keçirdiyi ilk iclasda qaz pulunun yığılmasıyla bağlı vəziyyətin yaxşı olmadığını bildirmişdi və «Azəriqaz» rəhbərliyinə bu sahədəki problemlərin aradan qaldırılması göstərişini vermişdi. Həmin müşavirədən sonra «Azəriqaz» 34 rayona verilən qazın nəqlini dayandırmışdı.
XS
SM
MD
LG