Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22

İlham Əliyev: «Müxalifət dialoqa hazır deyil»


Xaçmaz şəhərində modul tipli elektrik stansiyasının açılışı, 7 dekabr 2006

Xaçmaz şəhərində modul tipli elektrik stansiyasının açılışı, 7 dekabr 2006

«Dəfələrlə bəyan etmişik ki, biz müxalifətlə dialoqa hazırıq. Təəssüflər olsun ki, müxalifət buna hazır deyil» - bu fikri prezident İlham Əliyev dekabrın 7-də Xaçmazda Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin yeni istifadəyə verilmiş qərargahının açılışında deyib. Onun fikrincə, müxalifət yenə də qeyri-konstruktiv mövqeyində qalmaqdadır.


Xaçmazda modul tipli elektrik stansiyasının açılışına da qatılan dövlət başçısı bildirib ki, sənayenin inkişafı üçün elektrik enerjisi vacib olduğundan bir sıra zonalarda bu tip stansiyaların istifadəyə verilməsi vacibdir.


«Azərenerji» Qapalı Tipli Səhmdar Cəmiyyətinin prezidenti Etibar Piriverdiyev isə deyib ki, Xaçmaz modul tipli elektrik stansiyası ölkədə sayca üçüncüdür. Bundan əvvəl isə bu tip stansiyalar Şəki və Astara rayonlarında istifadəyə verilib, növbəti stansiyalar isə ilin sonuna kimi Naxçıvan və Bakıda təhvil veriləcək.


İlham Əliyev həmçinin Xudat sərhəd məntəqəsinə də baş çəkib və 66 sərhədçiyə yeni tikilmiş mənzillərin orderlərini təqdim edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG