Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:34

"İsraillilər hücuma görə Rusiyadan da narazıdırlar"


AzadliqRadiosunun Current time layihəsinin İsraildəki əməkdaşı xəbər verir ki, bəzi İsrail sakinləri İranın atdığı dronlara görə Rusiyadan narazıdırlar

Jurnalist Dmitry Khaitovsky-nin sözlərinə görə, sakinlər deyirlər ki, bu dronlar Rusiyanın havadan müdafiə sistemlərinin olduğu Suriyadan keçib, amma Rusiya hücumun qarşısını almayıb.

Israil rəsmiləri deyir ki, İranın atdığı dronlar əsasən zərərsizləşdirilib.

Reuters yazır ki, Böyük Britaniyanın baş naziri RISHI SUNAK bildirib ki, bu işdə müttəfiqləri İsrailə kömək ediblər:

“Böyük Britaniyanın iştirak etdiyi beynəlxalq koordinasiyalı səylər sayəsində bu raketlərin demək olar ki, hamısı ələ keçirildi və təkcə İsraildə deyil, İordaniya kimi qonşu ölkələrdə də insanların həyatını xilas etdi. Təyyarələrimizin İranın bir sıra hücum pilotsuz təyyarələrini vurduğunu təsdiq edə bilərəm və mülki insanları qorumaq üçün təhlükə qarşısında uçan pilotlarımızın şücaətinə və peşəkarlığını alqışlayıram”.

İsrail Təhlükəsizlik Xİdmətinin keçmiş direktoru Efraim Halevy AzadlıqRadiosunun fars xidmətinə deyib ki, 99 faiz dronun məhv edilməsi və hücum nəticəsində bircə nəfərin yaralanması İranın hücumunun iflasa uğramasının göstəricisidir.

İranın İsrailə hücumu aprelin 13-dən başlayıb, bunu İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olduğunu bildirib. İsrail həmin hücumu törətdiyini nə təkzib nə də təsdiq edib.

Yaxın Şərqdə gərginlik Qəzza zolağında müharibə başladıqdan sonra artmağa başlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG