Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:07

İsrail İran dronlarının çoxunu vurduğunu deyir


Explosions, Sirens Over Jerusalem As Iran Attacks With Drones, Missiles VIDEO GRAB
Explosions, Sirens Over Jerusalem As Iran Attacks With Drones, Missiles VIDEO GRAB

İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, ssenariyə hazırdırlar- həm hücum, həm də müdafiə.

Aprelin 14-də səhər saatlarında da İsrail səmasında partlayışlar müşahidə olunub. İsrail hərbi qüvvələri İran dronlarını vurmaqda davam edir.

İsrail ordusunun sözçüsü Daniel Hagari, deyib ki, "İranın hücumunun qarşısı alındı. Hagari nəticənin "çox əhəmiyyətli strateji uğur" olduğunu deyib.

İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, ssenariyə hazırdırlar- həm hücum, həm də müdafiə.

Bazar günü səhər saatlarında Suriyanın Dəməşq şəhəri üzərindən İsrailə doğru hərəkət edən hərbi dronlar görünüb.

Bir hərbi mənbə bazar günü yarı rəsmi Fars xəbər agentliyinə bildirib ki, İran İordaniyanın Tehranın cavab hücumları zamanı İsraili dəstəkləyəcək hər hansı addımını izləyir və ölkənin "növbəti hədəf" ola biləcəyi barədə xəbərdarlıq edir.

Iordaniya hava məkanını müvəqqəti bağladığını deyib.

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək və cavab tədbirlərini koordinasiya etmək üçün müttəfiqləri toplayacağına söz verib. Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb və bundan sonra o, İsrailin təhlükəsizliyinə “Amerikanın dəmir kimi sadiqliyini” bir daha təsdiqlədiyini bildirib.

İranın hücumu dünyanın bir çox hökumətləri tərəfindən dərhal pislənib, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş "bölgədə dağıdıcı eskalasiyanın çox real təhlükəsindən dərin narahat olduğunu" deyib.

İranın İsrailə hücumu aprelin 13-dən başlayıb, bunu İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olduğunu bildirib. İsrail həmin hücumu törətdiyini nə təkzib nə də təsdiq edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG