Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Qanında dopinq tapılan Nizami Paşayev baş məşqçisi Vahid Nəzərovdan şübhələnir


Ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Nizami Paşayev dekabrın 6-da keçirdiyi mətbuat konfransında şok açıqlama verib. Belə ki, o, qanında dopinq tapılmasında yığmanın baş məşqçisi Vahid Nəzərovun maraqlı olduğunu deyib: “Fikrimcə, yeməyimə həb atılmışdı. Bunu ya Nəzərov, ya da qohumlarından biri etmişdi. Hələ dünya çempionu olanda mənim dopinqdə ilişdiyim haqda şayiələr yayılmışdı. Məlum oldu ki, bu yalan söhbətdir. Ancaq sonra Vahid deyirdi ki, eybi yox, bu dəfə ilişməmisən, gələn dəfə tapılar”.


Paşayevlə yanaşı, Turan Mirzəyev də Nəzərovun çalışdırdığı yığmanın heyətində olmayacağını bildirib.


XS
SM
MD
LG