Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

«Əl-Qaidə» ilə bağlılıqda ittiham olunanların kasasiya şikayətinə baxılacaq


Beynəlxalq terror təşkilatı hesab edilən «Əl-Qaidə» ilə bağlılıqda ittiham olunaraq həbs edilən 15 nəfər Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşının kasasiya şikayətinə dekabrın 18-də Ali Məhkəmədə baxılacaq. Gürcüstan ərazisindəki Pankisi dərəsində hazırlıq keçdiyi iddia edilən dəstə üzvləri terrorçuluqda, qanunsuz silah daşımaq və polis əməkdaşının qətlində ittiham edilirlər.

Bu ilin aprel ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarıyla sözügedən dəstənin başçısı Arif Hacıyev ömürlük, dəstənin digər üzvləri isə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmişdirlər


Dəstə üzvlərindən biri Rusiya vətəndaşı Hacı Çankayev bir müddət əvvəl Rusiyaya ekstradisiya edilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG