Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:58

Makedoniyada gənclərin olimpiya oyunlarında fəal iştirakı təşviq ediləcək


«14-24»ün qonaqları - Anar Şuşalı və Vüsal Quliyev, 28 noyabr 2006
«14-24»ün qonaqları - Anar Şuşalı və Vüsal Quliyev, 28 noyabr 2006
«14-24»ün bu dəfəki qonaqları Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev və gənc ifaçı Anar Şuşalıdır. «British Council» və Gənclər üçün Təhsil Mərkəzi gəncləri 2007-ci ilin aprel ayında Makedoniyada keçiriləcək beynəlxalq əməkdaşlığa həsr olunmuş təlimdə iştiraka dəvət edir. Amma bu tədbirə qatılmaq üçün bir sıra şərtlər də var. Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev deyir ki, bu təlim beş ili əhatə edəcək. Əsas məqsəd 2012-cu ildə Londonda keçiriləcək olimpiya oyunlarında gənclərin daha fəal iştirak etməsini təşviq etməkdən ibarətdir. Bu məqsədə uyğun olaraq tədbirin proqramında gənclərin idman və mədəniyyət, təhsil sahəsində biliklərinin daha da artırılması, onların Avropa təcrübəsini öyrənməsinə kömək etmək nəzərdə tutulub.

Gənc ifaçı Anar Şuşalı isə Azərbaycan mədəniyyətini bir sıra ölkələrdə təmsil etməsindən danışır. Bu ölkələrə Rusiya, Misir, Pakistan, Yaponiya, Türkiyə, Fransa və s. aiddir.


XS
SM
MD
LG