Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

İrana raketlərdə istifadə olunmaq üçün aparılan 22 ton metal saxlanıb


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və ABŞ səfiri Ann Ders təqdimetmə mərasimində, 6 dekabr 2006

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və ABŞ səfiri Ann Ders təqdimetmə mərasimində, 6 dekabr 2006

«Bir neçə il bundan əvvəl Azərbaycan gömrükçüləri İrana keçirilməsi nəzərdə tutulan və yalnız ballistik raketlərdə istifadə olunan 22 tona yaxın xüsusi təyinatlı metal aparan maşını saxlayıb». Bunu dekabrın 6-da ABŞ-ın Azərbaycan Dövlət Gömrük Komitəsinə qaçaqmalçılıqla mübarizə üçün verdiyi yeni avadanlıqların təqdimetmə mərasimində bu qurumun sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, həmin məlumatların o vaxt yayımlanması mümkün olmadığından bunu indi deyirlər. Cənab Əliyevin sözlərinə görə, bu saxlama Birləşmiş Ştatlarla Azərbaycan arasında ixracat nəzarətilə bağlı 1995-ci ildən başlayan əməkdaşlıq nəticəsində mümkün olub.

Bundan başqa, yenə də Azərbaycandan keçməklə İrana aparılan və qırıcı təyyarələrə atom bombasının quraşdırılması üçün nəzərdə tutulan avadanlıq və xeyli təlimat sənədlərinin keçirilməsinin də qarşısı alınıb. Bu məsələ ilə bağlı bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub, aşkar olunan bütün avadanlıqlar və təlimat vasitələri müsadirə edilib.


A.Əliyev deyir ki, bundan sonra bəzi hərbi avadanlıqlar, radiostansiyalar da aşkarlanıb. Son illər belə yüklərin aşkarlanmadığını deyən komitə sədri düşünür ki, ola bilər həmin yüklərin sahibləri artıq Azərbaycan ərazisindən istifadə etməyə ehtiyatlanırlar. O, əlavə edir ki, sərhəddən keçən iritutumlu yük maşınlarını qısa müddətdə yoxlamağa imkan verən ən müasir avadanlıqlar MDB məkanında yalnız Azərbaycandadır.


Aydın Əliyev Xəzər dənizində nəzarəti tam həyata keçirmək üçün Dövlət Gömrük Komitəsinə yeni su nəqliyyatı vasitələrinin lazım olduğunu da deyir. Onun sözlərinə görə, hazırda komitə yeni qayıqların alınmasıyla bağlı bir neçə xarici şirkətlə danışıqlar aparır.


ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders jurnalistlərə bildirdiyinə görəsə, gəlin il yanvarın ortalarında Amerikanın Gömrük Xidmətinin yüksək rütbəli məmurlarından ibarət nümayəndə heyətinin Azərbaycana gəlişi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG