Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:05

Polis Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyasının qarşısını alıb


Dekabrın 6-da Gəncədə «Qatır Məmməd» adıyla tanınan ticarət mərkəzinin bir qrup işçisi yarmarkanın sökülməsinə etiraz olaraq Şəhər İcra Hakimiyyəti binasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Ancaq polis aksiyanın qarşısını alıb.


Ticarət mərkəzinin işçiləri bildirirlər ki, onlara təklif edilən yerdə alış-veriş üçün heç bir şərait yoxdur. Aksiyaçılar həmçinin onlara yeni sahədə konstruksiya işləri aparılması üçün vaxt verilməsini də istəyirlər.


Ancaq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov bildirir ki, heç bir möhlətdən söhbət gedə bilməz. Çünki bir ildən çoxdur ki, həmin yarmarkanın sahibi olan «İnam» Ticarət Mərkəzinə «Yeni Gəncə» yaşayış massivində 6 ha. torpaq sahəsi ayrılıb və tikinti işləri aparılması üçün vaxt verilib.


Dekabrın 5-də Gəncədə «Qatır Məmməd» adıyla tanınan ticarət mərkəzi antisanitariya yaratması və gediş-gəlişə mane olması səbəbilə sökülməyə başlanıb.
XS
SM
MD
LG