Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:24

İranın rəsmi mətbuatı Azərbaycan hökumətinə hədə-qorxu gəlir


Son vaxtlar İranın rəsmi mətbuatı Azərbaycan hökumətinə qarşı hücumlarını artırıb

Son vaxtlar İranın rəsmi mətbuatı Azərbaycan hökumətinə qarşı hücumlarını artırıb

Son vaxtlar İran İslam Respublikasının rəsmi mətbuatı Azərbaycan hökumətinə qarşı hücumlarını artırıb. İranın rəsmi dövlət orqanı olan «Cumhuri-ye-İslami» qəzetinin 6 dekabr buraxılışı Azərbaycan mətbuatı və teleradio şirkətlərini «həyasız» adlandıraraq, Azərbaycan hökumətini Amerika və İsrailin «əlaltısı» kimi təqdim edir.


«Bakı mətbuatının söyüşlərinin davamı» başlığı altında çıxan bu məqalə Qərbin nüfuzunu xərçəng xəstəliyinə bənzədir və «şimaldakı müsəlman və şiə torpaqları»nı bu xəstəlikdən qurtarmaq üçün «cərrahiyyə əməliyyatı» təklif edir. Məqalənin müəllifi Səbzəli Heydəri bu «əməliyyatın» nədən ibarət olacağını bildirməsə də Azərbaycanın NATO-ya daxil olmasının qarşısını almaq üçün yeni bir tədbir haqda fikirləşməyi təklif edir.


Həmin qəzetin bundan əvvəl-noyabrın 27-də çıxan «Şimali İran» başlığı altıdakı baş məqaləsi birbaşa Azərbaycan hökumətinə hədə-qorxu gəlmişdi. Həmin yazıda Bakıda çıxan «Sənət» qəzetində Məhəmməd Peyğəmbərlə bağlı məqalənin dərc edilməsinə işarə olunaraq Azərbaycan mətbuatı tənqid edilir. Eyni zamanda «Cumhuri-ye-İslami» qəzeti İran Azərbaycanının Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Şəhriyar kimi tarixi simalarını «separatçı» kimi təqdim edən Azərbaycan Respublikasının məktəb dərsliklərinə etiraz edir.


Bunların hamısında Azərbaycan hökumətini təqsirkar bilən İranın rəsmi mətbuat orqanı Azərbaycan Respublikası ərazisinin də İranın tarixi torpaqları olduğunu iddia edir. Məqalə daha sonra bildirir ki, Azərbaycan hökuməti Qərbin himayəsindən əl çəkib İslam dininə üz döndərməsə İran xalqı öz tarixi torpaqlarının geri almağa israr edəcək.



Günün bütün mövzuları

XS
SM
MD
LG