Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Aclıq edən tələbələrin sayı 15 nəfərə çatdı


Aclıq edən tələbələrin sayı 15 nəfərə çatdı. Dekabrın 5-də aksiyaya daha 2 oğlan və 3 qız qoşuldu.

Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin sədri Xaliq Qarayev «Azadlıq» radiosuna bildirib ki, aclıq aksiyasına qoşulmaq istəyənlərin sayı çoxdur. Amma aksiyanın keçirildiyi yerin kiçikliyi buna imkan vermir. Xalid Qarayev dekabrın 11-də məsələyə baxacaq Binəqədi rayon Məhkəməsinin qərarına ümidli olduqlarını bildirir.


Milli Məclisin sədri Oqtay Əsədov isə bu məsələdə tələbələrdə günah görmədiyini, universitetlərin rektorlarının qeyri-qanuni hərəkətə yol verdiklərini deyir:


«Rektorlar qeyri-qanuni olaraq tələbələri universitetlərə qəbul ediblər. Biz bu tələbələrdə o qədər də günah görmürük. Həmin tələbələrin valideynləri məhkəməyə müraciət ediblər. Dekabrın 11-də məsələyə Binəqədi məhkəməsində baxılacaq. Həmin qərarın əsasında da biz çalışacağıq ki, bu məsələ öz müsbət həllini tapsın».


Noyabrın 21-də Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıb. İkinci kurs tələbələri olan gənclərin tələbləri təhsil hüquqlarının bərpa edilməsidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG