Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

AFFA Şahin Diniyevlə müqavilənin uzadılmasına dair razılıq əldə olunduğunu bildirir


Azərbaycan futbol yığmasının baş məşqçisi Şahin Diniyevin AFFA ilə imzaladığı müqavilənin müddəti noyabrın son günündə başa çatıb. Hələlik müqavilə müddətinin uzadılmasına dair rəsmi sənəd ortada olmasa da, AFFA-dan verilən məlumatlara görə, artıq razılıq əldə olunub. Diniyevin seçmə mərhələnin sonuna qədər yığmaya rəhbərlik edəcəyinə dair müqavilə AFFA prezidenti Ramiz Mirzəyev ölkəyə qayıdandan sonra rəsmiləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG