Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

«Bakı-Xəbər» qəzetindəki «Minsk görüşünün daha bir razılaşdırılmış müəmması aydınlaşır» başlıqlı məqalədə bildirilir ki, İlham Əliyev və Robert Koçaryan arasında noyabrın 28-də Minskdə keçirilən görüşdə bağlı qapılar arxasında aparılan danışıqların daha bir məqamı geniş ictimaiyyət üçün aydın olmağa başlayır. Söhbət, uzun illərdən bəri Ermənistanın istədiyi kimi, Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə qoşulmasından gedir. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla əlaqədar deyir: «Biz Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Ermənistanın nümayəndə heyətilə görüşəcəyik və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil olunmasına çalışacağıq». Müəllifə görə, AŞ PA-nın qətnaməsində göstərilən bu fikrin Minsk görüşündən sonra gündəmə gəlməsi isə təsadüfi sayılmır və bunun prezidentlər səviyyəsində razılaşdırıldığı bildirilir. Bəzi ekspertlərə görə, hər hansı siyasi qərar vermək səlahiyyətində olmayan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının mümkün görüşündən sonra, onların danışıqlar prosesində də tərəf kimi çıxış etməsi həyata keçiriləcək.


«Ayna» qəzetindəki «Müxalifət yenə uduzdu» başlıqlı məqalədə bildirilir ki, Söz və Mətbuat Azadlığı Uğrunda Koordinasiya Mərkəzində birləşən siyasi partiyaların müəyyən müddətə siyasi fəaliyyəti dondurmaqla bağlı bir qərara gələ bilməmələri müxalif düşərgədə hələ də ciddi fikir ayrılıqlarının qaldığından xəbər verir. Müəllif yazır ki, əldə etdiyi məlumata görə, müsavatçılar


Koordinasiya Şurasının adının dəyişdirilməsini və tərkibinin genişləndirilməsini təklif ediblər. AMİP də «dondurma» təklifinin əleyhinə çıxıb. Müsavatın təşəbbüslərini isə «Azadlıq» blokunda məqsədəuyğun hesab etməyiblər. Adının çəkilməsini istəməyən AXCP rəsmisi müəlliflə söhbətində bildirib ki, blok üzvləri Müsavatın bu təklifini indi yaranmış situasiyaya adekvat hesab etmirlər. «İndi elə bir situasiya yaranıb ki, bizim vaxt uzatmağa, uzun-uzadı müzakirələr aparmağa zamanımız yoxdur. Hesab edirik ki, indiki situasiyada hakimiyyətin təzyiqlərini dayandırmaq üçün müxalifətin vahid mövqe və bunu əks etdirən addımları ortaya qoymaq zərurəti var», - deyə AXCP rəsmisi bildirib.


«Şərq» qəzeti yazır ki, ya­xın gün­lər­də «Təh­sil haq­qın­da» qa­nun la­yi­hə­si­nin Mil­li Məc­lis­də mü­za­ki­rə­si göz­lə­ni­lir. Bu haq­da mə­lu­mat ve­rən Milli Məclisin Elm və Təh­sil Dai­mi Ko­mis­si­ya­sı­nın səd­ri Şəm­səd­din Ha­cı­yev qeyd edib ki, la­yi­hə­də ali mək­təb rek­tor­la­rı­nın se­çil­mə­si mə­sə­lə­si də ək­si­ni ta­pıb. La­kin bu mə­sə­lə­nin həl­li mü­za­ki­rə­lə­rin nə­ti­cə­sin­dən də ası­lı ola­caq. Mil­lət və­ki­li bu mə­sə­lə­də həm tə­sis­çi­nin rek­to­ru tə­yin et­mə­si­nin, həm də rek­to­run kol­lek­tiv tə­rə­fin­dən seç­ki yo­luy­la tə­yin edil­mə­si va­ri­ant­la­rı­nın ol­du­ğu­nu de­yib. Bu­ra­dan be­lə an­la­şı­lır ki, üzə­rin­də mü­za­ki­rə apa­rı­la­caq əsas pred­met də məhz bu ola­caq. Müəllif yazır ki, bu mə­sə­lə­də eks­pert­lə­rin rə­yi de­mək olar ki, üst-üs­tə düş­ür. Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mis­si­ya­sı­nın sa­biq səd­ri Vur­ğun Əy­yub bu fi­kir­də­dir ki, ali mək­təb­lə­rin rek­tor­la­rı yal­nız seç­ki yo­luy­la se­çil­mə­li­dir. «XXI əsr» Təh­sil Mər­kə­zi­nin rəh­bə­ri Eti­bar Əli­yev isə bu fi­kir­də­dir ki, təh­sil sa­hə­sin­də cid­di is­la­hat­lar apa­rıl­ma­yın­ca, rek­tor­la­rın han­sı yol­la tə­yi­na­tı­nın heç bir əhə­miy­yə­ti ol­ma­ya­caq.


«Xalq Cəbhəsi» qəzetindəki «Bakı-Novorossiysk kəmərindən imtina oluna bilər» başlıqlı məqalədə bildirilir ki, son vaxtlar Rusiya bütövlükdə Azərbaycana və qonşu ölkədə yaşayan azərbaycanlılara qarşı iqtisadi təzyiqləri artırmaqdadır. Xüsusilə də Rusiyada azərbaycanlıların ticarət sferasından sıxışdırılması, gələn ilin əvvəllərindən onların bu ölkədən çıxarılmasının planlaşdırılması narahatlıq doğurur. Bunlar azmış kimi gələn ildən ruslar Azərbaycana verdikləri elektrik enerjisini kəsməyi, habelə illik qaz satışını üç dəfə və ya 4,5 milyard kub metrdən 1,5 milyard kub metrə qədər azaltmağı, onun da satış qiymətini 230 dollara qaldırmağı nəzərdə tuturlar. Bir sözlə, Moskvanın Azərbaycana qarşı iqtisadi basqıları nəzərəçarpacaq dərəcədə artmaqdadır. Müəllifə görə, şimal qonşu Azərbaycanın Qərbə doğru inteqrasiyasına, iqtisadi inkişafına biganə qala bilmədiyindən öz təsir rıçaqlarını işə salıb. Bu isə cavabsız qala bilməz və artıq Azərbaycan hökumətinin də ölkənin maraqları naminə qətiyyətli addımlar atacağı gözlənilir. Hətta hökumətdə Bakı-Novorossiysk kəmərinə neft vurulmasının dayandırılması məsələsi müzakirə olunur.


XS
SM
MD
LG