Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Qazpulunun yığımı artıb


Bu ilin 11 ayı ərzində ölkə üzrə istifadə olunan təbii qazın 62 faizinin pulu yığılıb. Bu göstərici Bakıda daha yüksək-73 faiz olub. «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikovun prezident İlham Əliyevin keçirdiyi müşavirədə açıqladığı rəqəmlərə görə, ilin əvvəlində respublika üzrə qazpulu yığımı 16 faizi keçmirdi.


«Azərenerji» Səhmdar Cəmiyyəti isə eyni dövrdə satdığı elektrik enerjisinin 69 faizinin pulunu yığa bilib. Qurumun prezidenti Etibar Pirverdiyev 810 min abonentin 65 faizini sayğacla təmin etdiklərini də deyib.


XS
SM
MD
LG