Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08

Ahıska türkləri Gürcüstan prezidenti və beynəlxalq təşkilatlara müraciət ediblər


Ahıska türkləri hələ də öz tarixi vətənlərinə - Gürcüstanın Cavaxetiya bölgəsinə qayıda bilməmələrindən narahatdırlar. Bu prosesin sürətləndirilməsi üçün dekabrın 2-də Azərbaycanda yaşayan Ahıska türklərinin 6-cı qurultayında Gürcüstan prezidenti və beynəlxalq təşkilatlara müraciət edilib.

«Vətən» cəmiyyətinin sədr müavini Çingiz Neymanzadə «Azadlıq» radiosuna bildirib ki, Gürcüstan dövləti Ahıska türklərinin bu ölkəyə qaytarılmasıyla bağlı Avropa Şurası qarşısında öhdəlik götürsə də, həmin öhdəliyin yerinə yetirilməsinə başlanılmır. Elə bu baxımdan, onlar yenidən Gürcüstan dövlətinə və beynəlxalq aləmə öz səslərini çatdırmaq istəyirlər.


Ahıska türkləri 1944-cü ilin noyabrında öz tarixi torpaqlarından keçmiş SSRİ-nin Orta Asiya və başqa bölgələrinə sürgün ediliblər. Çingiz Neymanzadə deyir ki, Ahıska türkləri Gürcüstanın ayrı-ayrı yerlərinə yox, öz tarixi torpaqları olan Cavaxetiyaya qayıtmaq istəyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG