Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:48

Elektrik enerjisinin nəqli ilə bağlı Azərbaycanla Rusiya arasında razılıq əldə olunub


«Azərenerji»nin vitse-prezidenti Marlen Əsgərov «Azadlıq» radiosuna bildirib ki, həm qiymətin qaldırılmaması, həm də pik saatlarında verilən elektrikin həcminin azaldılmaması şərtilə Rusiyanın «ROA EES» şirkəti dekabrın sonuna qədər Azərbaycana elektrikin nəqlini davam etdirəcək.

Dekabrın ortalarında isə Bakıda «Azərenerji» və «ROA EES» arasında 2007-ci il üçün yeni müqavilə imzalanacaq.


Rusiya ilə müqavilənin müddəti dekabrın 1-də bitdiyindən, «Azərenerji» İranla bu ölkədən elektrik enerjisi alınmasına dair razılıq əldə etmişdi. Amma, son anda məlum olub ki, Parsabad xəttində problemlər yarandığından, İran pik saatlarında Azərbaycana elektrik verə bilməyəcək. Yalnız Astara xətti ilə gündə 10-15 meqavat elektrik veriləcək.


Hazırda Azərbaycan Rusiyadan aldığı elektrikin hər kilovat saatına 3.6, İrandan alınan hər kilovat saata isə 4.1 sent ödəyir. Rusiya da növbəti il üçün hər kilovat saatı 4.1 sentə satmaq, elektrikin həcmini isə gündəlik 250-300 meqavatdan 60 meqavata endirmək istəyir.


XS
SM
MD
LG