Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:36

XƏBƏRLƏR


Fərhad Bədəlbəyli bölgələrə «mədəni hücum»a çağırır


O, bu fikri mediaya müsahibəsində dilə gətirib. Bakı Musiqi Akademiyası rektorunun sözlərinə görə, Azərbaycanın əyalətlərində də simfonik musiqini sevirlər. Fərhad Bədəlbəyli sözlərinə sübut kimi Gəncədə verilən konserti misal göstərib: «Kamera Orkestriylə saat yarım çıxış etdik, amma, adamlar cınqırını da çıxarmadılar. Heç kim heç kəsi məcbur etmədi. İcra Hakimiyyətinin başçısının və şəhərin bütün rəhbərliyinin başı prezidentin gəlişinə hazırlığa qarışmışdı. Konsertə adi və səmimi musiqisevərlər-həkimlər, müəllimlər və sadəcə, bu konserti özünə bayram sayan insanlar gəlmişdilər».



«TRT»də «Dədə Qorqud hekayələri» filmi göstəriləcək


Türkiyə Radio Televizyon Qurumu «Dədə Qorqud hekayələri» filminin çəkilişini başa çatdırıb. 200 aktyor və 1500 yardımçı aktyorun rol aldığı teleserialda Dədə Qorqud obrazını Azərbaycanın tanınmış sənətçisi Fuad Poladov canlandırır. «TRT»nin Bakı təmsilçiliyindən verilən məlumata görə, öncə «TRT»də göstəriləcək bu serial daha sonra bütün türk dünyası ölkələrinin telekanallarında yayımlanacaq.



Tanınmış şərqşünas alim Saleh Məmmədov dünyasını dəyişib


Artıq 51 ildir ki, Moskvada yaşayan alim İran tarix və mədəniyyətinin görkəmli bilicilərindən sayılırdı. Onun 2004-cü ilə çapdan çıxmış «İran tarixi. 20-ci yüzil» əsəri elmi ədəbiyyatda İran tarixinə yeni ictimai-siyasi şərtlər çərçivəsində işıq salan köklü araşdırma hesab edilir. 5 dildə yazıb-yaradan Saleh Məmmədov Azərbaycan tarixinə və azərbaycanlıların soykökünə aid bir neçə əsərin də müəllifidir.


XS
SM
MD
LG