Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:20

İlham Əliyevin dedikləri ilə Yerevan razılaşmır


Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan, 27 iyun 2006

Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan, 27 iyun 2006

Dağlıq Qarabağ danışıqlarının yekun mərhələyə yaxınlaşması barədə Azərbaycan prezidenti İlham Əliyevin dedikləri ilə Yerevan razılaşmır.

Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan dekabrın 1-də deyib ki, belə bəyanatı vermək hələ tezdir:


«İndi hansı mərhələdə olduğumuzu demək çətindir. Yəni mən deməzdim ki, yekun mərhələdəyik. Bunu demək çətindir. Bizim hələlik çoxlu həll olunmamış problemlərimiz var».


Minskdə Ermənistan prezidenti Robert Koçaryanla görüşdən sonra prezident İlham Əliyev danışıqların yekun mərhələsinə yaxınlaşdıqlarını demişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG