Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Bakıda Avropa Şurası Parlament Assambleyası Siyasi Komitəsinin iclası keçiriləcək


Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Daimi Komissiyasının sədri Səməd Seyidovun sözlərinə görə, belə bir toplantı ilk dəfədir Bakıda keçirilir. Dekabrın 11-də keçiriləcək iclasda «Rusiya ilə Avropa arasında enerji sahəsində əməkdaşlıq və bu məsələdə Azərbaycanın rolu» mövzusunda məruzə dinlənəcək. Parlamentarilər «neft və siyasət» və demokratik inkişafa dair başqa məsələləri də müzakirə edəcəklər.


46 ölkədən 70-dək nümayəndənin qatılacağı iclasda AŞPA katibliyinin, Siyasi və Monitorinq komitələrinin rəhbərliyi iştirak edəcək.


Səməd Seyidov deyir ki, bütün AŞPA üzvləri üçün açıq olan iclasda ANS telekanalının bağlanması məsələsinin də müzakirəsi istisna deyil.


XS
SM
MD
LG