Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:39

Dekabrın sonunda «Təhsil haqqında» qanun parlamentdə müzakirə ediləcək


«Təhsil haqqında» qanun layihəsi hazırdır və dekabrın sonunda parlamentin müzakirəsinə veriləcək. Bu barədə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Qanun layihəsində elmi təhsilin ikipilləli olması nəzərdə tutulub. İxtisasından asılı olmayaraq birinci pilləni-aspiranturanı bitirənlərin hamısına fəlsəfə doktoru elmi dərəcəsi veriləcək. Elmlər doktoru dərəcəsini doktorantura pilləsini bitirənlər ala biləcək.


Şəmsəddin Hacıyev bildirir ki, bu çərçivə qanunudur. Onun qəbulundan sonra – Milli Məclisin növbəti yaz sessiyasında ali təhsil, ümumtəhsil, elm siyasəti və digər qanun layihələri də müzakirəyə çıxarılacaq.


«Təhsil haqqında qanun» 1992-ci ildə qəbul olunub. Qüvvədə olan qanunda əsas fikir ayrılıqları təhsilinin pillələri, aspirantura mərhələsinin saxlanılıb-saxlanılmaması, özəl təhsil müəssisələrinin statusu və s. ilə bağlıdır.


XS
SM
MD
LG