Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:44

Gəncədə pulsuz tibbi xidmət kampaniyası başlayıb


Dekabrın 1-də Gəncədə başlayan pulsuz tibbi xidmət kampaniyasının ilk günündə beş mindən çox adam müayinə olunub. Bu barədə «Azadlıq» radiosuna Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev məlumat verib. Onun sözlərinə görə, pulsuz müayinə üçün Daşkəsən, Samux və Xanlar rayonlarından da Gəncəyə insanlar gəlir. İki gün davam edəcək kampaniyaya Bakıdan dəvət edilmiş müxtəlif ixtisaslı 14 həkim qoşulub. Cənab Zərbəliyevin dediyinə görə, dekabrın 1-də 20 kiçik cərrahiyə əməliyyatı da aparılıb. 20-yə qədər mürəkkəb cərrahiyyə əməliyyatı isə dekabrın 2-də baş tutacaq.


Müraciət edənlərin bəziləri ilkin tibbi yardım üçün nəzərdə tutulan dərman preparatları ilə də təmin olunublar. Amma Akif Zərbəliyev əlavə edir ki, hamını istənilən dərmanla təmin etmək imkanları yoxdur.


Gəncədə artıq bir neçə ildir ki, hər il pulsuz tibbi xidmət günləri keçirilir.


XS
SM
MD
LG