Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:58

Azərbaycan və İran energetiklərinin paralel iş rejimi təxirə salındı


Dekabrın 1-dən Azərbaycanın və İranın enerji sistemlərinin paralel rejimdə işləməsi nəzərdə tutulsa da, bu, hələlik təxirə salınıb. «Azərenerji» Səhmdar Cəmiyyətindən «Azadlıq» radiosuna verilən məlumata görə, paralel iş rejiminin nə vaxt baş tutacağı hələlik məlum deyil.


Noyabrın 12-də «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyevin İrana səfəri zamanı belə bir müqavilə imzalanmışdı. Sənəd pik saatlarında Azərbaycanda enerji qıtlığının hiss olunduğu qış dövründə İrandan elektrik enerjisinin alınmasını, bu ölkənin elektrik enerjisinə tələbatının artdığı yay aylarında isə eyni həcmdə enerjinin İrana qaytarılmasını nəzərdə tutur.


XS
SM
MD
LG