Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

Gəncədən İstanbula təyyarə reysi açılır


Dekabrın 2-dən Gəncə Beynəlxalq Aeroportunda ilk dəfə olaraq Gəncə-İstanbul təyyarə reysi işə düşəcək. Həftədə iki dəfə-çərşənbə və şənbə günləri İstanbula uçacaq təyyarə həmin gün də geri qayıdacaq. Reysə bilet satışını həyata keçirən «Turan Səfərlər Agentliyi»nin direktoru Çingiz Fətəliyevin sözlərinə görə, İstanbula uçmaq istəyənlərə TU-134 təyyarəsi xidmət göstərəcək. Hələlik 70 yerlik təyyarəyə 28 sərnişin bilet alıb. Cənab Fətəliyev deyir ki, qiymət Bakıdan Türkiyəyə uçan təyyarələr üçün satılan biletin qiymətindən ucuzdur. Bir biletin qiyməti 141 dollardır. Gəncədən İstanbula və geriyə isə bir biletin qiyməti 272 dollardır.


Gəncə Beynəlxalq Aeroportunda bu ilin oktyabrında təhvil verilib. Gəncə-İstanbul reysi Gəncə-Moskva reysi istisna olmaqla, xarici ölkəyə açılan ilk reysdir.


XS
SM
MD
LG