Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:05

Britaniyaya getmək istəyənlərdən barmaq izləri götürüləcək


Gələn ildən Britaniyada bütün ölkələrin vətəndaşlarından biometrik viza tələb ediləcək
Gələn ildən Britaniyada bütün ölkələrin vətəndaşlarından biometrik viza tələb ediləcək

Dekabrın 11-dən Böyük Britaniyaya getmək istəyən Azərbaycan vətəndaşlarından barmaq izləri götürüləcək. Bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Kolin Velz dekabrın 1-də keçirdiyi mətbuat konfransında belə deyib. Diplomatın sözlərinə görə, biometrik (barmaq izlərinin götürülməsi) məlumatların toplanması Böyük Britaniyada sığınacaq və immiqrasiya proseslərinin idarə edilməsinə nəzarət etmək üçündür. Bu, Britaniya hökumətinin tətbiq etdiyi beş illik strategiyanın bir hissəsidir. Cənab Velz deyir ki, Birləşmiş Krallığa səfər etmək üçün hazırkı viza qaydalarında heç bir dəyişiklik edilmir. Sadəcə, internet vasitəsilə on-layn qaydada viza üçün müraciət olunur və imzalanmış on-layn forma, pasport və əlavə sənədlərin təqdim olunması üçün vaxt təyin edilir. Bu ölkəyə getmək istəyən şəxs həmin sənədlərlə birgə barmaq izlərini konsulluğun viza şöbəsinə təqdim etməlidir.


Kolin Velz deyir ki, onlar belə bir addım atmaqla ölkələrinə səfər edən şəxsləri sənədləşmə fırıldaqlarından qorumaq, ölkə sərhədlərində nəzarəti gücləndirmək məqsədi ilə həyata keçirirlər. Diplomatın sözlərinə görə, Krallığa müntəzəm səfər edənlərdən hər dəfə barmaq izləri tələb olunacaq: «Təkcə Azərbaycan vətəndaşlarından deyil, təqribən 10 ölkədən Böyük Britaniyaya səfər edənlərdən biometrik viza tələb olunacaq. 2007-ci ilin sonuna qədər isə Britaniya hökuməti Krallığa səfər edən bütün ölkələrin vətəndaşlarından biometrik viza tələb edəcək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG