Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

ANS tezliklə bağlı müsabiqədə iştirakdan imtina etdi


ANS Şirkətlər Qrupunun həmtəsisçilərindən Seyfulla Mustafayev, 24 noyabr 2006

ANS Şirkətlər Qrupunun həmtəsisçilərindən Seyfulla Mustafayev, 24 noyabr 2006

«ANS özünün tezliyi üçün elan edilən müsabiqədə iştirak etməyəcək». ANS Şirkətlər Qrupunun həmtəsisçilərindən Seyfulla Mustafayev «Azadlıq» radiosuna belə deyib. Cənab Mustafayev bildirib ki, onlar ANS-in tezliyinə müsabiqə elan edilməsi barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) noyabrın 30-da qəbul etdiyi qərarı qanunsuz sayırlar. Bununla bağlı dekabrın 1-də Səbail Rayon Məhkəməsinə də müraciət ediblər. Seyfulla Mustafayev yenidən prezidentin məsələyə müdaxiləsini gözlədiklərini də deyib.


Bundan əvvəl prezident İlham Əliyev bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının səsləndirdiyi iradlar aradan qaldırılarsa, ANS-in fəaliyyəti bərpa oluna bilər.


Dekabrın 1-də həmçinin bir qrup deputat prezident İlham Əliyevə ANS TV və ANS ÇM radiosunun fəaliyyətinin bərpa olunmasına kömək göstərməsi xahişilə müraciət edib. Onlar hesab edirlər ki, bir sıra texniki qüsurlara görə, yüzlərlə insanın çalışdığı şirkətin fəaliyyətinin dayandırılması çox ağır cəzadır.


ANS TV və ANS ÇM radiosunun yayımı noyabrın 24-də dayandırılıb. MTRŞ ANS-i qanunların pozulması barədə xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham edərək, onun lisenziya müddətini uzatmaqdan imtina edib. Şuranın qərarlarında heç bir qanun pozuntusu olmadığını deyən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, ANS-in tezlik üçün elan edilən müsabiqədə iştirakı yalnız prezidentin bu məsələyə münasibətindən sonra mümkün olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG