Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:08

Sabiq icra başçısı Hollandiyada Azərbaycan təşkilatı yaradıb


Amsterdam şəhəri, Böyük Kanal, 10 noyabr 2005
Amsterdam şəhəri, Böyük Kanal, 10 noyabr 2005

Amsterdamda Benelüks Azərbaycanlılar Konqresi yaranıb


Benelüks Azərbaycanlılar Konqresinin noyabrın 18-də təsis konfransı keçirilib. Niderland –Azərbaycan Cəmiyyətinin rəhbəri Sahil Qasımov Konqresin sədri seçilib. Cənab Qasımov deyir ki, aprelin 15-dən Konqresin yaradılması üzrə Təşəbbüs Qrupu Benelüks ölkələrində fəaliyyət göstərən cəmiyyətlərlə danışıqlar aparıb və hazırda 15-ə qədər təşkilat qurumda birləşib. Sahil Qasımov deyib ki, Benelüks Azərbaycanlılar Konqresi bütün cəmiyyətlər üçün açıqdır: «Konqres Azərbaycan hakimiyyətinə müxalif mövqedə duran, neytral olan və iqtidaryönlü cəmiyyətləri birləşdirir».


Sabiq icra başçısı Hollandiyada Azərbaycan təşkilatı yaradıb


Bu yaxınlarda Hollandiyada daha bir Azərbaycan təşkilatı yaranıb. Yeni qurumun rəhbəri Hollandiyada siyasi sığınacaq almış Gəncə şəhərinin keçmiş icra başçısının vəzifələrini icra edən Əli Həsənovdur. O, 1994-cü ildə siyasi səbəblərə görə, Azərbaycanı tərk edib. Əvvəlcə Rusiyaya gedib, 1998-ci ildən isə Hollandiyada yaşayır.


Cənab Həsənov deyir ki, bu yaxınlarda Apeldorn şəhərində keçirilən bu qurumun təsis konfransına Hollandiyanın müxtəlif əyalətlərindən 200-dən çox adam iştirak edib. Yeni qurumun adı Azərbaycan Diasporasıdır: «Məqsədimiz müxtəlif səbəblərə görə, vətənini tərk etmiş və hazırda Hollandiyada yaşayan azərbaycanlıların həmrəyliyini və birliyini təmin etmək, Azərbaycanı təbliğ etməkdir». Amma yeni yaradılan təşkilat Benelüks Azərbaycanlılar Konqresinə üzv olmayıb. Əli Həsənov deyir: «Bizi bu quruma dəvət etməyiblər və ümumiyyətlə, bu konqersin yaradılmasından xəbərimiz olmayıb».


Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının nümayəndələri aclıq ediblər


Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının nümayəndələri Bakıda «Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistləri dəstəklədiklərini bildiriblər və 24 saatlıq aclıq aksiyası keçirmək qərarına gəliblər. Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının katibi Eldəniz Yusibov deyir: «Bakıda aclıq edən jurnalistlərlə həmrəyliyimizi nümayiş etdirmək üçün bir günlük aclıq aksiyası keçirmək qərarına gəldik». Aksiyaya Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı siyasi mühacirlər qoşulublar.


Orxan Rzayev: «Amerikadakı təhsil sistemi Azərbaycandakından tam fərqlənir»


Orxan Rzayev ABŞ-ın Arkanzas Universitetinin maliyyə fakultəsində ikinci kursda oxuyur. O, Amerikada oxumağın azərbaycanlı gənclərə verdiyi üstünlüklərdən danışır: «Amerikadakı təhsil sistemi Azərbaycandakından tam fərqlənir. Burda kredit sistemidir, bu da tələbələrə daha yaxşı təhsil almaq, həyatda daha uğurlu olmaq imkanı verir».


Cənab Rzayev deyir ki, Amerika universitetlərində xarici tələbələr üçün təqdimat mərasimləri təşkil olunur. Belə tədbirlərdə azərbaycanlı tələbələr Azərbaycanı təbliğ edirlər.


XS
SM
MD
LG