Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Azərbaycanda QİÇS-ə yoluxmuş 1007 nəfər xəstə var


QİÇS-lə Mübarizə Təşkilatının rəhbəri Həqiqət Qədirova, 1 dekabr 2006
QİÇS-lə Mübarizə Təşkilatının rəhbəri Həqiqət Qədirova, 1 dekabr 2006
2006-cı ilin sonunadək QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yoluxmuş 40 nəfər xəstənin pulsuz müalicə olunması üçün ölkəyə lazımi dərman preparatları gətirilib. Artıq dörd nəfər xəstənin müalicəsinə başlanıb. QİÇS-lə Mübarizə Təşkilatının rəhbəri Həqiqət Qədirova belə deyir. Onun sözlərinə görə, 2007-ci ildə daha 80 nəfər xəstə dərman preparatları ilə təmin olunacaq: «Bu preparatlarla müalicə çox baha başa gəlir. Əgər xəstələr bu dərmanları özləri sifariş edərlərsə, bu, onlara ildə 10-12 min Amerika dollarına başa gələr. Bizim təşkilat xəstələri bu dərmanlarla pulsuz təmin edir». Xanım Qədirova deyir ki, onlar bu dərmanları «QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə» Qlobal Fond beynəlxalq təşkilatın maliyyə dəstəyi ilə alırlar.

QİÇS-lə Mübarizə Təşkilatının apardığı araşdırmaya görə, hazırda Azərbaycanda 1007 nəfər QİÇS-ə yoluxmuş xəstə var ki, ötən illə müqayisədə bu rəqəm təxminən 8 faiz artıb. Xəstələrin 54 nəfəri əcnəbilər, 953 nəfəri isə Azərbaycan vətəndaşlarıdır. 2006-ci ilin noyabrın 27-nə olan məlumata görə, 111 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Araşdırmalar göstərib ki, QİÇS-ə yoluxmuş şəxslərin əksəriyyəti xarici ölkələrə, xüsusilə Rusiyaya qazanc dalınca gedən miqrantlardır. Virus daşıyıcılarından 300 nəfərdən çoxu Bakı, 600 nəfərdən çoxu isə bölgələrdə yaşayanlardır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG