Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:07

Metronun bir sıra stansiyalarında jeton satışı dayandırılıb


Metrostansiyalarda jeton qıtlığı yaranıb

Metrostansiyalarda jeton qıtlığı yaranıb

Dekabrın 1-də günorta saatlarında Bakı Metropoliteninin bir sıra stansiyalarında jeton satışı dayandırılıb. Saat 13:00 radələrindən başlayaraq «Bakı Soveti» stansiyasının qarşısına xeyli adam toplaşıb. Paytaxt sakinləri bildiriblər ki, jeton satışının gələn ilin yanvarın 1-dən dayandırılacağına baxmayaraq, bəzi stansiyalarda artıq jeton satılmır. «Bakı Soveti» stansiyasının adının çəkilməsini istəməyən rəsmisi «Azadlıq» radiosuna bildirib ki, onlarda jeton qıtlığı yaranıb. Bu səbəbdən də, yalnız kartı olan şəxslər metrodan istifadə edə bilirlər.


Artıq bir neçə aydır ki, Bakı Metropoliteninin bütün stansiyalarında 2007-ci ilin yanvarın 1-dən jetonların yığışdırılacağı və kart sisteminə keçiləcəyi ilə bağlı elanlar vurulub. Həmin vaxta kimi isə kartla yanaşı, jetonlardan da istifadə edilməsinə icazə verilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG