Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:27

Mirzə Sakitin apellyasiya şikayətinə dekabrın 15-də baxılacaq


Mirzə Sakitin məhkəmə prosesini işıqlandırmaq üçün jurnalistlərə şərait yaradılmayıb

Mirzə Sakitin məhkəmə prosesini işıqlandırmaq üçün jurnalistlərə şərait yaradılmayıb

Dekabrın 1-də «Azadlıq» qəzetinin əməkdaşı, Mirzə Sakit imzasıyla satirik şerlər yazan Sakit Zahidovunun apellyasiya şikayəti ilə bağlı hazırlıq iclası keçirilib. Sakit Zahidovun Hüquqlarının müdafiə komitəsinin rəhbəri Emin Hüseynovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, prosesi izləyən jurnalistlərə məhkəmə zalında foto, video çəkiliş aparmasına və səs yazmasına icazə verilməyib. Sakit Zahidovun vəkili Vüqar Xasayev bu məsələ ilə bağlı vəsatət qaldırsa da məhkəmə onu təmin etməyib. Foto çəkiliş aparmaq istəyən «Amerikanın səsi» radiosunun müxbiri Tapdıq Fərhadoğlu məhkəmə zalından çıxarılıb. Növbəti məhkəmə prosesi dekabrın 15-ə təyin edilib.


«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Sakit Zahidov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmüylə razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edib. Sakit Zahidov 2006-cı ildə narkotik maddələrin saxlanması ittihamıyla 3 il azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG