Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Ötən iki illə müqayisədə bu il Azərbaycanda əhalinin siyasətə marağı xeyli azalıb


Ötən iki illə müqayisədə bu il Azərbaycanda əhalinin siyasətə marağı xeyli azalıb. Mərkəzi ofisi Vaşinqtonda yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin Azərbaycan nümayəndəliyi 3 il ərzində keçirdiyi sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib. Mərkəzin noyabrın 30-da açıqladığı nəticələrə görə, son bir ildə siyasətlə maraqlanan insanların sayı təxminən 10 faiz azalıb.

İqtisadi inkişaf və işlə təminata dair suallara cavabında rəyi soruşulanların 48 faizi hazırda Azərbaycanda yaxşı iş tapmaqda təhsil və peşəkar qabiliyyətlərin tanışlıq və rüşvətdən daha əhəmiyyətli olduğunu, 33 faiz isə əlaqələrin vacibliyini vurğulayıb.


Mərkəzin Azərbaycan nümayəndəliyinin rəhbəri Anar Əhmədov deyir ki, onlar sorğunu üç Cənubi Qafqaz ölkəsində aparıblar. Nəticələr göstərib ki, 2004-cü ildə bu ölkələrdə vətəndaşların 18 faizi öz hökumətinin düzgün siyasət yürütdüyünə inanıb. 2005-ci ildə isə hökumətin siyasətinə inananlar 15 faiz olub.


Bu il isə Bakıda keçirilən sorğunun nəticələrinə görə, rəyi soruşulanların 22 faizi ölkədə aparılan siyasətin düzgün olduğuna inandığını bildirib. Gürcüstanda isə 2004-cü ildə rəyi soruşulanların çoxu ölkəsinin doğru istiqamətdə getdiyini bildirsə də, bu il onların cəmi 6 faizi bu fikirdə olduğunu deyib.


Anar Əhmədovun dediyinə görə, regional sorğu hər üç respublikanın paytaxtında ümumilikdə 6000-dən çox ev təsərrüfatında 120 sual üzrə aparılıb. O, Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin ilkin olaraq Avrasiya Fondunun layihəsi kimi yaradıldığını, 2003-cü ildən isə Azərbaycanda fəaliyyət göstərdiyini deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG