Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Azərbaycan qazının Gürcüstana nəqli məsələlərində hələ razılıq yoxdur


Noyabrın 30-da Bakıda səfərdə olan Gürcüstanın baş naziri Zurab Noqaideli Azərbaycan qazının Gürcüstana nəqli məsələlərini prezident İlham Əliyevlə və baş nazir Artur Rəsizadə ilə müzakirə elib. Görüşlərdən sonra cənab Noqaideli jurnalistlərlə söhbətində dyib, ki, məsələylə bağlı hələ razılaşma əldə olunmayıb. O, bildirib ki, bununla bağlı dekabrın 6-8-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə energetika nazirlərinin görüşü olacaq. Gürcüstanın baş naziri ölkəsinin illik qaz kəsirinin 1,5 milyard kubmetr olduğunu deyib, ölkəsinin «Şahdəniz» yatağından hansı həcmdə qaz almaq istəyi haqqında isə bir söz deməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG