Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:24

Gözdən və könüldən uzaq qərargah…


Keşlə qəsəbəsinin sakinlərinin çoxu bu binanın varlığından xəbərsizdir
Keşlə qəsəbəsinin sakinlərinin çoxu bu binanın varlığından xəbərsizdir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Keşlə qəsəbəsi Məktəblilər küçəsi 4-a ünvanda ona verilən yeni qərargaha köçmək istəmir. Partiyanın rəhbərliyi bunu yeni qərargahın həm şəhərin mərkəzindən uzaq olması, həm də orada fəaliyyət üçün şəraitin olmaması ilə izah edir. Əslində, həmin ünvanı tapmaq da o qədər asan deyil. Çünki ora avtobus işləmir. Əgər Bakının mərkəzindən Keşlə qəsəbəsinə 121 saylı avtobusla gəlsən, sonuncu dayanacaqdan həmin ünvana ən azı iki kilometr piyada getməlisən. Ancaq yeni qərargahın yerləşdiyi Məktəblilər küçəsi gediş-gəlişli olmadığından Keşlə qəsəbəsinin sakinlərinin çoxu heç bu küçənin varlığından xəbərsizdir.

AXCP-nin yeni qərargahının yaxınlığında 4 saylı Dəmir-Beton Zavodu yerləşir. Düzdür, həmin zavodu soruşub Məktəblilər küçəsini tapmaq olar. Ancaq Keşlə qəsəbəsində bir yox, bir neçə dəmir-beton zavodu var. Üstəlik, yerli adamlar onları bir-birilərindən heç də saylarına görə fərqləndirmirlər. Hər halda, müəyyən vaxt itkisi bahasına olsa da, 4 saylı Dəmir-Beton Zavodu vasitəsi ilə AXCP-nin yeni qərargahını tapmaq mümkündür. Bu qərargah əvvəllər 2 saylı Mexanikləşdirmə İdarəsinə məxsus olan üç mərtəbəli binanın ikinci mərtəbəsidir. İndi ikinci mərtəbənin girişi bağlıdır.

Qaçqınların sözlərinə görə, binada kanalizasiya sistemi olmadığından bütün su zirzəmiyə axır. Bu da gələcəkdə qəza vəziyyəti yarada bilər. Üstəlik, bu bina həm də damır
Düzdür, ötən həftənin cümə günü 1saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə Xəqani -33 ünvanında «Azadlıq» qəzetinə məxsus bina boşaldılarkən 1993-cü ildən həmin yerdə qonaq kimi qalan Azərbaycan Xalq Cəbhəsi Partiyasının əmlakını da polis bu ünvana daşıyıb. Ancaq partiya orada məskunlaşmaq istəmədiyindən, binanın ikinci mərtəbəsi bağlı saxlanılır. Həmin binanın üçüncü mərtəbəsində qaçqınlar, birinci mərtəbəsində isə 2 saylı Mexanikləşdirmə İdarəsi yerləşir. Həmin idarənin rəisi Telman Ramazanov deyir ki, binanın birinci mərtəbəsini o, özəlləşdirib. Üçüncü mərtəbədə qaçqınlar, ikinci mərtəbədə isə vaxtilə başqa bir dövlət idarəsi yerləşdiyindən bina tam özəlləşməyib. Halbuki cənab Ramazanov iddia edir ki, bina bütünlükdə 2 saylı Mexanikləşdirmə İdarəsinin balansındadır: «Mən qaçqınları başa düşürəm, imkan daxilində də onlara kömək edirəm. Ancaq AXCP də bura köçüb. Binanın kanalizasiyası yoxdur. Üfunət hər yanı basıb. Bura yaşayış üçün çox çətindir».


Ancaq Telman Ramazanov deyir ki, o, dövlətin bütün qərarlarını hörmətlə qarşılayır və binaya hansı təşkilatın köçürülməsi onun üçün o qədər də əhəmiyyətli deyil.


Binanın ikinci mərtəbəsi bağlı saxlanılır
Bu binanın üçüncü mərtəbəsində məskunlaşan qaçqınlar isə baxımsızlıqdan şikayətlənirlər. Qaçqınların sözlərinə görə, binada kanalizasiya sistemi olmadığından bütün su zirzəmiyə axır. Bu da gələcəkdə qəza vəziyyəti yarada bilər. Üstəlik, bu bina həm də damır. Qaçqınlar deyirlər ki, azacıq yağış yağdımı, onlar otaqlara müxtəlif qab-qacaq düzüb döşəmənin su içində qalmasının qarşısını almağa çalışırlar. Əgər binanın dam örtüyü dəyişərsə, onların şəraiti xeyli yaxşılaşar. «Qaldı ki, cəbhəçilər də azərbaycanlılardır, o birilər də azərbaycanlılardır. Bir-birilərinə söykənib bizim torpağı azad edəydilər». Bunu isə Qubadlı rayonundan qaçqın düşən bir yaşlı qadın dedi.


AXCP-nin 1993-cü ildən fəaliyyət göstərdiyi «Azadlıq» qəzetinin Xəqani-33 ünvandakı keçmiş binası isə artıq Müllimləri Təkmilləşdirmə İnstitutuna verilib. Bu bina 1992-ci ilə - yəni Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə «Azadlıq» qəzetinə verilənə qədər də elə Müəllimləri Təkmilləşdirmə İnstitutuna məxsus olub. Ancaq Müəllimləri Təkmilləşdirmə İnstitutu hələ ki, həmin binaya köçməyib. Xəqani-33 də bağlıdır və oranı polislər qoruyur.


Hazırda AXCP müvəqqəti olaraq ADP-nin qərargahında yerləşib. Partiyanın sədri Əli Kərimli deyir ki, onlar qurum üçün müvafiq yer axtarırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG