Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:58

AzTV-dən 200 əməkdaş işdən çıxarıldı


AzTV-nin 2000-nə yaxın işçisi var, onlardan da 800 nəfərə yaxını pensiya yaşındadır

AzTV-nin 2000-nə yaxın işçisi var, onlardan da 800 nəfərə yaxını pensiya yaşındadır

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 200-dək əməkdaşı işdən çıxarılıb. AzTV-nin Kadrlar İdarəsinin rəisi Mənsur Bayramov «Azadlıq» radiosuna bildirib ki, işdən çıxarılanlar pensiya yaşına çatmış və ya uzun illərdir pensiya alan şəxslərdir. Cənab Bayramov deyir ki, hazırda radio və televiziya rəqəmsal texnikaya keçdiyindən gənc kadrlara ehtiyac hiss olunur: «Onları isə işə cəlb etmək üçün ştat yerləri olmadığından pensiya yaşına çatmış və uzun illərdir pensiya alan 200 nəfərə yaxın işçi ştatdan çıxarılıb. Amma, onlar bundan sonra qonorarla işləyə bilərlər».


Dekabrın 1-dən AzTV-də əmək haqqının verilməsində də dəyişikliklər edilib. Mənsur Bayramov deyir ki, həmin vaxtdan etibarın ştatda çalışan işçilərə də əmək haqqı iş saatına görə yox, görülən işin həcminə görə veriləcək. Artıq avqustun ortalardan televiziyaya və radioya gənc kadrların cəlb edilməsi prosesinə başlanılıb və bu proses davam edir.


AzTV-nin 2000-nə yaxın işçisi var, onlardan da 800 nəfərə yaxını pensiya yaşındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG