Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Dekabrın əvvəlindən Azərbaycanda qeyri-sabit hava olacaq


Dekabrın 1-dən başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Bürosundan verilən məlumata görə, ayın ilk günü ölkə ərazisində havanın temperaturu 2-3 dərəcə yüksəlsə də, dekabrın 2-də havalar yenidən soyuyacaq. Əksər rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Dekabrın 3-də temperaturun yenidən sabitləşəcəyi və nisbətən mülayim hava şəraitinin 5-nə qədər davam edəcəyi gözlənilir.


XS
SM
MD
LG