Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:25

Şərurda elə ailə yoxdur ki, onun azı bir üzvü Türkiyədə işləməsin


Naxçıvan şəhəri, "Qul bazarı", 25 yanvar 2006
Naxçıvan şəhəri, "Qul bazarı", 25 yanvar 2006
Naxçıvan Muxtar Respublikasında (NMR) əhalinin miqrasiyası 1992-ci ildən - Türkiyə ilə Naxçıvan arasında «Ümid» körpüsü adı ilə tanınan yolun açılışından sonra başlanıb. İndi Şərurda elə ailə yoxdur ki, onun heç olmasa, bir üzvü Türkiyədə işləməsin. Təxminən 2000-ci ildən başlayaraq isə Türkiyəyə ailəli şəkildə köçlər başlanıb. NMR-də miqrasiya prosesinin hansı həddə olmasını öyrənmək üçün Türkiyənin Baş Konsulluğunun binası qarşısında olmaq kifayətdir. Burada viza almaq üçün hər gün səhər saat yeddidən yüzlərlə adam növbəyə dayanır.

Moskvada hətta «Ordubad bazarı» deyilən ticarət obyekti də fəaliyyət göstərir. Son günlər Rusiyadakı miqrantlara yaradılan problemlər ordubadlıları da narahat edir. Çünki Moskvada işləyən hər bir nəfər rayonda ən azı iki ailə saxlayır.
Naxçıvanın Ordubad rayonunun sakinləri isə daha çox Rusiyada işləməyə üstünlük verirlər. Moskvada hətta «Ordubad bazarı» deyilən ticarət obyekti də fəaliyyət göstərir. Son günlər Rusiyadakı miqrantlara yaradılan problemlər ordubadlıları da narahat edir. Çünki Moskvada işləyən hər bir nəfər rayonda ən azı iki ailə saxlayır.


NMR-də miqrasiya prosesi beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Bölgədə fəaliyyət göstərən Miqrasiya İnformasiya Mərkəzinin koordinatoru Könül Babayeva deyir ki, xaricə gedənlərin qanuni miqrasiyası üçün onlara müəyyən məsləhətlər verirlər.


Muxtar Respublika rəhbərliyi isə bölgədə miqrasiya prosesinin o qədər də yüksək olmadığını düşünür. Səbəb kimi isə son illər xeyli sayda yeni iş yerlərinin açılmasını göstərir. Bir də deyirlər ki, əslində, başqa ölkələrlə çox yaxın sərhəddə yerləşən hər bir bölgədə miqrasiyanın olması təbiidir. Ona qalsa, Türkiyədən də Naxçıvana işləməyə gələnlər az deyil. MR Ali Məclisinin sədri Vasif Talıbovun sözlərinə görə, hazırda burada 500-ə yaxın türkiyəli işçi çalışır. Son zamanlar türk iş adamlarının da Naxçıvana maraqları artıb. İndi 17 türk iş adamı bölgədə fəaliyyət göstərir. Onların açdıqları müəssisələrdə onlarla yerli vətəndaş çalışır. Naxçıvana yatırılan xarici investisiyanın elə 40 faizi də Türkiyənin payına düşür.


Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan verilən məlumata görə, ötən illərlə müqayisədə 2006-cı ildə viza alanların sayı nisbətən azalıb. Ötən il bu rəqəm 60 minə yaxın olub.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG