Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

ABŞ Azərbaycan hökumətini medianın işinə mane olduğuna görə tənqid edib


Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini medianın işinə mane olduğuna görə tənqid edib, hökuməti söz azadlığına və demokratiyaya hörmətlə yanaşmağa çağırıb. Məlumatı “Assosşeyted press” agentliyi yayıb.


ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tom Casey deyib ki, Azərbaycan hökuməti ölkədə müstəqil jurnalistlərin işləməsinə ciddi şəkildə mane olur. Hökumət “ANS-i bağlayıb, “Azadlıq” və “Turan” İnformasiya Agentliyini binasından çıxarıb.


“Birləşmiş Ştatlar Azərbaycanda insan haqlarının və söz azadlığının vəziyyətini yaxından izləyir. Biz Azərbaycan hökumətini hər üç media orqanı ilə danışıqlar aparmağa, razılığa gəlməyə, söz azadlığı ilə bağlı məsuliyyətinə hörmətlə yanaşmağa çağırırıq ”. ABŞ Dövlət Departamentin rəsmisi Tom Casey belə deyib.


XS
SM
MD
LG