Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

İlham Əliyev ANS-in fəaliyyətini bərpa edə biləcəyini deyir


Milli Tele-Radio Şurasının qərarıyla noyabrın 24-də ANS TV-nin fəaliyyəti dayandırılıb
Milli Tele-Radio Şurasının qərarıyla noyabrın 24-də ANS TV-nin fəaliyyəti dayandırılıb
«ANS televiziyası ilə bağlı məsələ qanun çərçivəsində həll olunmalıdır». Bunu prezident İlham Əliyev MDB ölkələrinin yubiley sammitindən Azərbaycana qayıdarkən təyyarədə dövlət televiziyasına verdiyi müsahibəsində deyib: «Əgər xəbərdarlıqdakı bütün iradlar yerinə yetirilərsə, onda kanalın fəaliyyəti davam etdirilə bilər».

Müasir dövrdə hansısa mətbu orqanın bağlanmasının və ya ya fəaliyyətinin məhdudlaşdırılmasının qeyri-mümkün olduğunu deyən İlham Əliyev hüquqi məsələlərə siyasi rəng verməyin əleyhinə olduğunu bildirib.


Elə həmin gün ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders də hökuməti ANS telekanalının yayımını bərpa etməyə çağırıb. Bakıda jurnalistlərin suallarını cavablandırarkən səfir bildirib ki, aparıcı müstəqil yayım vasitəsinin fəaliyyətinin dayandırılması mətbuat azadlığına böyük bir zərbədir və bu, xüsusən də noyabrın 24-də məhkəmə qərarından sonra «Azadlıq» qəzeti və AXCP-nin öz ofisindən çıxarılması ilə eyni vaxta düşüb. Xanım Dersin sözlərinə görə, ABŞ hökuməti Azərbaycanın demokratiya və mətbuat azadlığı ilə bağlı öhdəliklərini nəzərə alaraq, ATƏT, Avropa Şurası və bütün beynəlxalq təşkilatlarla birlikdə Bakını bu qərara yenidən baxmağa çağırır.


Milli Televiziya və Radio Şurasının noyabrın 24-də çıxardığı qərarla ANS TV və ANS ÇM radiosunun fəaliyyəti dayandırılıb. ANS-dən «Azadlıq» radiosuna verilən məlumata görə, televiziya rəhbərliyi prezidentin çıxışından sonra qeyd olunan iradların aradan qaldırılması ilə bağlı müzakirələr üçün yenidən Milli Televiziya və Radio Şurasına müraciət edib. Hələlik Şuranın bu müraciətə cavabı bəlli deyil, amma noyabrın 30-da tezlik məsələsinə baxılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG