Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

«Biz danışıqların son mərhələsinə yaxınlaşırıq»


İlham Əliyev: «Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur»

İlham Əliyev: «Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur»

«Artıq üç ilə yaxındır ki, Qarabağ danışıqları Praqa prosesi çərçivəsində aparılır. Bu müddət ərzində kifayət qədər görüşlər olub. Həm prezidentlər, həm də Xarici İşlər nazirləri səviyyəsində. Bu görüşlərdə təbii ki, məsələnin həlli yolları müzakirə olunmuşdur. Müəyyən mərhələlər olmuşdur. Deyə bilərəm ki, biz danışıqların son mərhələsinə yaxınlaşırıq».

Azərbaycan prezidenti İlham Əliyev AzTV-yə eksklüziv müsahibəsində noyabrın 28-də Ermənistanın dövlət başçısı Robert Koçaryanla Minskdəki görüşün nəticələrinə dair açıqlamasında belə deyib. Onun sözlərinə görə, üç ilə yaxın aparılan danışıqlarda demək olar k, bütün məsələlər müzakirə olunub, tərəflərin mövqeləri tamamilə formalaşıb: «Biz elə mərhələdəyik ki, danışıqların gələcəyi bizim addımlarımızdan asılıdır. Bu baxımdan görüşün nəticələrini bütövlükdə normal qiymətləndirirəm. Bu yaxınlarda Minsk Qrupunun həmsədrləri Bakı və Yerevanda olmuşdur. Bu görüşün keçirilməsi ilə bağlı onların verdiyi təklifə Azərbaycan tərəfi müsbət cavab verib. Görüşün özünə gəldikdə isə dınışıqlar bütövlükdə konstruktiv şəkildə aparıldı. Diqqət mərkəzində olan mübahisəli məsələlər müzakirə olundu. Son müddət ərzində bir sıra məsələlərin həllinə biz nail olmuşuq. Əvvəllər razılaşdırılmayan bir sıra məsələlər artıq razılaşdırılıb. Amma elə prinsipial məsələlər var ki, hələlik onların ətrafında fikir ayrılığı var. Və iki prezident də məhz bu məsələlər ətrafında söhbət apardı».


Cənab Əliyev deyib ki, Azərbaycanın münaqişə ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur: «Azərbaycan məsələnin bizim ərazi bütövlüyümüz çərçivəsində həll olunmasında israrlıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır, Azərbaycan torpaqları işğalçı qüvvələrdən təmizlənməlidir və bir milyondan atrıq vətəndaşımız öz doğma torpaqlarına qayıtmalıdır».


İlham Əliyev beynəlxalq təşkilatların son müddət ərzində fəaliyyətinin qanedici olduğunu bəyan edib. «Mötəbər beynəlxalq təşkilatlar məsəlinin ərazi bütövlüyü çərçivəsində həlli üçün öz sözünü demişdir. Əlbəttə ki, bu, bizim mövqeyimizi möhkəmlədir. Bütövlükdə hər bir məsələ müəyyən beynəlxalq qanun, prinsip və normalar çərçivəsində həll oluna bilər. Ondan kənarda heç bir məsələ öz həllini tapa bilməz. Hər hansı bir presedentin yaranması gələcəkdə başqa ölkələr üçün də böyük problemlərə gətirib çıxara bilər».


Cənab Əliyev bir daha Azərbaycanın münaqişəyə dair mövqeyinin dəyişməz olaraq qalacağını bildirib. «Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan insanlara yüksək idarəetmə statusu verilməlidir», - deyə o, vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG